Çizkeyk resepti

25 Mart 2015
3 517
0
Çizkeyk resepti
Çizkeyk resepti


Tərkibi:
1,25 kq yağsız kəsmik
200 q suxarı
400 q şəkər tozu
100 ml qaymaq
150 q kərə yağı
6 yumurta + 2 yumurtanın sarısı
40 q nişasta
1 limonun sedrası (qabığı)
0,5 ç.q. duz
giləmeyvə (bəzək üçün)

Hazırlanması:
Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.

Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.

Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Çizkeykin qıraqları bişib ortası isə hələ "titrəyən" vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.

Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.