Paxlava bükməli toyuq budu resepti

25 Mart 2015
2 227
0
Paxlava bükməli toyuq budu resepti
Paxlava bükməli toyuq budu resepti

Tərkibi:

2 sümüksüz toyuq budu
1 qırmızı bibər
1 sarı bibər
1 baş soğan
1 çay qaşığı dolmalıq fıstıq
1/2 dəstə yaşıl reyhan
4 diş sarımsaq
4 sarım paxlava fətiri
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı

Hazırlanması:
Toyuq budlarını əzilmiş sarımsaq dişləri, reyhan və 1 xörək qaşığı zeytun yağından ibarət qarışıqda marinad edin. Rəngli bibərləri, quru soğanı və dolmalıq fıstığı qızmış tavada zeytun yağında qızardın.

Qaynanmış inqradientləri toyuq budunun içinə qoyub rulon formasında bürmələyin. 180 dərəcə qızdırılmış sobada onu 15 dəqiqə bişirin. Sonra sobadan çıxarıb soyumasını gözləyin. Daha sonra bişmiş toyuq budunu paxlava fətirinə bükün, rulon kimi bürmələyin və yenidən sobada xəmir qızarana qədər bişirin.

Nuş olsun!


R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.