Gülab-cəmun resepti

03 Nisan 2015
1 358
0
Gülab-cəmun resepti
Gülab-cəmun resepti

Tərkibi:
500 q şəkər tozu
850 ml su
1/2 ç. q. gül suyu
100 q quru süd
2 x. q. un
1/2 ç. q. soda
1 x. q. mannı yarması
2 x. q. ərinmiş yağ
1 st. süd
qızartmaq üçün yağ

Hazırlanması:
Quru südü soda, un, mannı yarması və ərinmiş yağla qarışdırın.
Süd əlavə edin, taxta qaşıqla qarışdırın.
Sonra qarışığı masanın üstünə qoyub eynicinsli kütlə alınanadək yoğurmağa başlayın. Lazım gələrsə, süd əlavə edin.
Xəmiri 24 bərabər yerə bölün (təxminən ərik boyda).
Kündə tutun.
Yağı tavaya töküb orta odda qızdırın.
Kündələri qızardın, amma hamısını birdən yağa töküməyin - yoxsa yağ soyuyar və xəmirə hopar.
Kündələr qızılı rəng alanda onları kəfkirlə çıxarıb salfetin üstünə düzün ki, yağını çəksin.
Qazançaya su və şəkər tozu töküb orta itilikli ocağa qoyun. Daim taxta qaşıqla qarışdırın.
Şəkər tam əriyənədək qarışdırın, vam odda 10-15 dəqiqə bişirin.
Şərbət qatılığına düşəndə gül suyu əlavə edin.
Bütün qızarmış kündələri qazançadakı şərbətə salın.
Ocağı artırın, qaynara düşənədək bişirin.
Kündələri kəfkirlə çıxarın.
Boşqaba yığıb soyudun.
Süfrəyə verərkən nanə yarpağı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.