Səməni halvası

08 Nisan 2015
3 633
0
Səməni halvası
Səməni halvası

Ərzaqlar:
100 qram buğda şirəsi.
500 qram un.
100 qram ərinmiş yağ.
200 qram doşab.
100 qram qoz ləpəsi.
2 q. cirə.
2 qram darçın.
1 q. raziyanə.

istiot.
Hazırlanma qaydası:
Buğdadan adi qayda üzrə səməni cücərdirsiz.
Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, onu ətçəkən maşından keçirdirsiz.
Şirəsini tənzifdən keçirdib, üzərinə un tökərək, xəmir yoğurursuz.
100 qram buğdanın şirəsinə 500 qram un götürürsüz.
Xəmiri yağlanmış mis tiyana qoyub, zəif od üzərində 4 saata kimi aram-aram qarışdıraraq bişirirsiz.
Hər dəfə xəmiri qarışdırarkən dibinə yağ əlavə edirsiz.
Axırda qoz ləpəsi, ədviyyat və doşab vurub, yaxşıca qarışdırırsız.
Hazır halvadyan yumru kökələr düzəldib, üzərinə yarıya bölünmüş qoz düzürsüz.

Nuş olsun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.