Şahzadə tortunun resepti

17 Haziran 2015
2 543
0
Şahzadə tortunun resepti
Şahzadə tortunun resepti

Ərzaqlar:

Xəmir üçün:
Marqarin – 30 qr.
Şəkər – 2 st.
Yumurta sarısı – 5 əd.
Xama – 1 st.
Un – 3 st.
Kakao tozu – 2 ç.q.
Soda – 1 ç.q.
Duz

Krem üçün:
Yumurta ağı – 5 əd.
Şəkər tozu – 100 qr.


Hazırlanması:

Yumurtanın sarısını şəkərlə çalın, üzərinə soda ilə qarışdırılmış xama töküb yenidən qarışdırın. Marqarini unla ovub qarışıma əlavə edin və bərk xəmir yoğurun. Xəmiri üç bərabər hissəyə bölüb, birinə kakao tozu qataraq, ayrı-ayrılıqda yağlanmış formada üç ədəd kökə bişirin. Soyuduqdan sonra aralarına və səthinə zülallı krem çəkin. Şahzadə tortunuz hazırdır. Üstünə istədiyiniz kimi dekor verə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.