Bişmiş qatılaşdırılmış südlə sadə piroq

03 Ağustos 2015
2 272
0
Bişmiş qatılaşdırılmış südlə sadə piroq
Bişmiş qatılaşdırılmış südlə sadə piroq
Bişmiş qatılaşdırılmış südlə sadə piroq
Tərkibi:

1 st. un

50 q şəkər tozu

100 ml süd

4 yumurta

1 banka bişmiş qatılaşdırılmış süd

2 ç.q. qabartma tozu

50 q kişmiş

1 st. qoz ləpəsi

Bişmiş qatılaşdırılmış südlə sadə piroq
Bişmiş qatılaşdırılmış südün 2/3 hissəsini ləyənə tökün. Yumurta və şəkər tozunu əlavə edib mikserlə çalın. Qabartma tozu ilə qarışdırılıb ələnmiş un qataraq eynicinsli xəmir hazırlayın.

Qozu iri doğrayın. Qozun yarısını və kişmişi xəmirə əlavə edib qarışdırın.

Xəmiri yağlanıb içinə perqament döşənmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.

Bu müddətdə qatılaşdırılmış südün qalanını və südü bir qazana töküb ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdıraraq bişirin.

Hazır piroqu formadan çıxarmadan, isti-isti qaynar kremi üzərinə çəkin. Qoz səpin.

2 saat otaq temperaturunda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.