Kartof çiçəkləri

03 Ağustos 2015
1 424
0
Kartof çiçəkləri
Kartof çiçəkləri
Tərkibi:

5 kartof

100 q göbələk

0,5 qabaq

1-2 ədəd bolqar bibəri

100 q bərk pendir (ərinmiş pendir də olar)

2 yumurtanın sarısı

duz

küncüt

bitki yağı

* Bu təamı müxtəlif içliklərlə hazırlamaq olar: balıqla, ətlə, tərəvəzlə, yaxud qarışıq.

Kartofu təmizləlyib nazik fal-fal doğrayın, yumşalması üçün 15-20 dəqiqə soyuq suda saxlayın.


Uyğun formalı keks qablarına kartof dilimlərini gül formasında düzün: 5 ədəd kənarına, biri - ortasına, dibinə.

Pendiri sürtgəcdən keçirin (əgər ərinmiş pendirdən istifadə edəcəksinizsə, əvvəlcədən dondurucuda saxlayın), yumurta sarıları, duz əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Bu qarışıqdan hər "çiçəyin" ortasına 1-2 qaşıq tökün (bişəndə "ləçəkləri" birləşdirəcək).

Göbələyi, bibəri və qabağı xırda doğrayıb tavada bitki yağında qovurun, duz, istiot vurun.

Tərəvəz qovurmasını "çiçəklərin" ortasındakı pendirli qarışığın üzərinə paylaşdırın.


"Ləçəkləri" bitki yağı ilə yağlayın.

Formaları 180 dərəcə qızdırılmış sobaya qoyub kartof qızaranadək bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl çıxarıb ortasına küncüt səpin.

Kartofları formadan çıxarandan əvvəl bir qədər soyudun. Onda daha rahat çıxır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.