Vişnəli şokoladlı rulet tort resepti

22 Ağustos 2015
4 023
0
Vişnəli şokoladlı rulet tort resepti
Vişnəli şokoladlı rulet tort resepti

Tərkibi:
4 ədəd yumurta
4 xörək qaşığı isti su
1 su stəkanı un
1 çay qaşığı qabartma tozu
1 xörək qaşığı nişasta
1 çay qaşığı vanil
1 çay stəkanı ərik cemi və ya bal

Şokolad sousu üçün:
1 su stəkanı su
1 su stəkanı toz şəkər
2 paket 80 qramlıq bitter şokolad
1 xörək qaşığı kərə yağı

Vişnəli sous üçün:
300 qram dondurulmuş vişnə
Yarım çay stəkanı su
1 xörək qaşığı qarğıdalı nişastası


Hazırlanması:
Yumurtalarla isti suyu mikserlə 2 dəqiqə çırpın. Toz şəkəri yavaş-yavaş əlavə edib, çırpmağa davam edin. Un, qabartma tozu, nişasta və vanili qatıb qarışdırın. Xəmiri, içinə yağlı kağız yayılmış bir nimçəyə, bir barmaq qalınlığında olacaq yayın. Düzbucaqlı şəkli vermək üçün, qaşığın tərsiylə kənarlarını düzəldin. Əvvəldən isidilmiş 170 dərəcə sobada, 15-20 dəqiqə bişirin.
Şokoladlı sous üçün, su və toz şəkəri qaynadın. İçinə parçalanmış şokoladları əlavə edib, benmari üsulu, qarışdıraraq şokoladı əridin. Kərə yağını qatıb, qarışdırın və soyumağa qoyun.
Vişnəli sous üçün, 15 ədəd vişnəni ayırıb, qalan vişnələri bir qazanda 5 dəqiqə qaynadın. Yarım çay stəkanı su iləqarğıdalı nişastasını əlavə edib, qaynamaqda olan vişnələrə əlavə edin. Bir az qaynadıb ocaqdan götürün və soyumağa qoyun. Sobadan xəmiri çıxarıb, toz şəkər səpilmiş yağlı kağız üzərinə tərs çevirərək yerləşdirin. Bişirmə kağızını sıyırıb alın və alt kağız köməyiylə rulet edib, soyudun. Ruleti açıb hər tərəfinə cem və ya balı sürüb isladın. Şokoladlı sousun yarısını sürtün. Ayırdığınız 15 vişnəni səpin və təkrar rulet halında bükün. Üzərinə və ətrafına qalan şokoladlı sousdan sürtün. Üzərinə vişnəli sousu gəzdirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.