Yaponsayağı pizza-Okonomiyaki

22 Ağustos 2015
1 027
0
Yaponsayağı pizza-Okonomiyaki
Yaponsayağı pizza-Okonomiyaki

Xəmir üçün lazım olan ərzaqlar:


150 qr. un
50 ml. süd
1 yumurta
1 ədəd qabartma tozu

Unla yumurtanı çalıb südü əlavə edin

Yaxşı qarışdırıb ,su əlavə edin. Elə etmək lazımdır ki xəmir blinçik xəmirindən qatı olsun.
Xəmiri 1 saat soyuducuda saxlayın.


Yaponsayağı pizza-Okonomiyaki


İçlik üçün lazım olan ərzaqlar:


1 yumurta
100 qr. incə doğranmış kələm
100 гр. qaynanmış vərməşil
20 qr. çipsi
Göyərti(soğan, şüyüd, cəfəri)
100 qr. nazik doğranmış hər hansı ət növü
Mayonez, ketçup
Hər hansı turşa şirin sous (hazır da olar)
Aqedama (Tenkasu)-Bunun hazırlanma qaydasını göstəririk...
Tavaya maye bitki yağı töküb qızdırırıq.Hazır xəmirdən damla şəklində töküb, qızardırıq..


Yaponsayağı pizza-Okonomiyaki


Hazırlanması:

Soyuducudakı xəmiri çıxarıb yarısını tavaya dairəvi formada tökün.

Bir tərəfi az qızarandan sonra çiy tərəfinə kələmi duzlayıb ,istotlayıb yerləşdirin.


Sonra hazırladığımız Aqedama (Tenkasu)-ları və çipsiləri yığın.


Üzərinə göyərtinin yarısını səpin.


Əti yerləşdirin.

Üzərinə qalan xəmiri tökün


Ehtiyatla çevirin.5-6 dəqiqə bişirin.

Yaponsayağı pizza-Okonomiyaki


Başqa tavada vərməşilləri hazırlayın.Qaynanmış vərməşilləri yağda azca qovurun ketçup,sous,duz ,istiot əlavə edin.


Vərməşilləri hazırladığınız xəmir ölçüsündə dairəvi formaya salın.



Hazırladığınız blinləri içliyi ilə birlikdə ehtiyatla vərməşillərin üzərinə yerləşdirin.



Yumurtanı çırpıb dairəvi forma verməklə bişirin.Embarassed


Bişmiş dairəvi yumurtanı , üstdən yerləşdirin.Smile

Yumurtanın üzərinə sous gəzdirin.


Sonda isə mayonezlə bəzəyin.

Yaponsayağı pizza-Okonomiyaki


Qalan göyərtini səpib yeməyi serviz qabına qoyun.(Ehtiyatla edin ki, dağılmasın)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.