Mətbəx sirləri: Kəkotulu ərik piroqu

23 Ağustos 2015
1 249
0
Mətbəx sirləri: Kəkotulu ərik piroqu
Tərkibi (21-23 sm diametrli forma üçün):

120 ml süd
120 ml Extra Virgin zeytun yağı
1 iri yumurta
240 q un
150 q şəkər tozu
2/3 ç.l. qabartma tozu
1/4 ç.q. duz
150-200 q ərik
1 ç.q. qəhvəyi, yaxud adi şəkər tozu
25 q kərə yağı
1/2-1/4 ç.q. quru kəkotu

(Formanı böyük də götürə bilərsiniz, amma o zaman piroq nazik alınacaq).

Süd, yağ, yumurta və şəkər tozunu çalın.

Qabartma tozu və duzla qarışdırılmış un əlavə edib xəmir hazırlayın.

Formanı kərə yağı ilə yaxşıca yağlayın. Dibinə bərabər qaydada şəkər tozu və kəkotu səpin.

Ərikləri ortadan bölüb dənələrini çıxarın, kəsiyi üzüyuxarı olmaqla formaya düzün.

Xəmiri əriyin üstündən tökün.

180 dərəcə qızdırılmış sobada təxminən 35-45 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sobadan çıxarandan sonra buluda tərs çevirin. Süfrəyə isti-isti, yaxud tam soyumuş halda, eləcə də dondurma ilə verə bilərsiniz.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.