Ricotta Pendirli (və ya Kəsmikli) Qurabiyə

30 Kasım 2015
1 513
0
Ricotta Pendirli (və ya Kəsmikli) Qurabiyə
Ricotta Pendirli (və ya Kəsmikli) Qurabiyə

Ricotta Pendirli (və ya Kəsmikli) Qurabiyə

RİCOTTA PENDİRLİ ( VƏ YA KƏSMİKLİ) QURABİYƏ

Ərzaqlar


2 1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında) – (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı – otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta – otaq hərarətində
425 g ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı

1. Sobanı 190C-dək qızdırın.
2. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.
3. İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın. Bir-bir yumurtaları əlavə edərək, çalmağa davam edin. Ricotta pendiri və ya kəsmiyi, limon suyunu və limon qabığını əlavə edib, mikserlə qarışanadək çalın. Unlu qarışığı bu qaba əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın. Alınan kütlə “palcıq” kimi olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.
4. 2 ədəd soba listinin dibinə kalka kağızı sərin. Xəmirdən hər dəfə 2 xörək qaşığı qədər götürüb listə bir birindən 5 cm aralı dairələr şəklində qoyun. Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq dolu xəmiri bir-birinin üstünə qoyun.

Ricotta Pendirli (və ya Kəsmikli) Qurabiyə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.