Toyuqlu göbələkli qovurma

30 Kasım 2015
1 093
1
Toyuqlu göbələkli qovurma
Toyuqlu göbələkli qovurma

Tərkibi:

500 qr göbələk
500 qr ədəd toyuq sinəsi
1 ədəd orta boy soğan
3 ədəd bolqar bibəri
1 ədəd qırmızı bibər
2 diş sarımsaq
2 ədəd orta boy pomidor
Pul bibər, qara bibər, duz
maye yağ
1 çay qaşığı tomat
Yarım limon



Hazırlanması:

Göbələkləri təmizləyib doğrayaraq limonlu suda 3-5 dəqiqə qaynadıb suyunu süzürük. Maye yağda doğranmış soğan və sarımsaqları qovurub doğranmış toyuqları da əlavə edib qovurmağa davam edirik. doğranmış bibərləri də əlavə edirik.

Bibərləri qovurduqdan sonra sürtgəcdən keçirilmiş pamidoru da əlavə edirik. Ən son da göbələkləri da əlavə edib duz və ədviyyatları lazımi qədərində tökürük. Bir xörək qaşığı qədər tomat əlavə edirik. (rəng və dad vermək üçün) bir az qaynar su əlavə edib bişməsini gözləyirik. Yemək bişdikdən sonra süfrəyə çəkə bilərsiniz.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Bibim Hər zaman edirdi.. Dadlıdı hərkəsə tövsiyə edirəm..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.