Şokaladlı şarlotka

30 Kasım 2015
1 181
1
Şokaladlı şarlotka
Şokaladlı şarlotka

Tərkibi:

200 q. Un
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 qaşıq vanil
½ çay qaşığı darçın
2 xörək qaşığı kakao (üzərinə səpmək üçün 1 çay qaşığıda əlavə)
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı şəkər pudrası
5 ədəd armud.



Hazırlanması:

Yumurtanı şəkər tozu ilə qarışdırıb, üzərinə ələnmiş un, kakao, qabartma tozu, darçın və vanil əlavə edin. Sonra tamam həll olana qədər qarışdırın. Armudları təmizləyib, çoxda xırda olmamaq şərti ilə doğrayın.

Sobanın listini yaxşıca yağlayaraq, xəmiri əlavə etdikdən sonra, üst hissəsinə təmizlənərək doğradığınız armudları qoyun.
Sobaya qoyaraq 30-35 dəq bişirdikdən sonra üzərinə şəkər pudrası və kakao əlavə edərək nuş edin.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Armudlu keksə oxşadıı...
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.