Yer kökü piroqu

30 Kasım 2015
1 378
1
Yer kökü piroqu
Yer kökü piroqu

Tərkibi:

200 q kök
85 q badam
25 q fındıq
2 yumurta
90 q şəkər tozu
40 q un

Az miqdarda kərə yağı.

7 q qabartma tozu
1 çay qaşığı limon suyu yarım çay qaşığı darçın
1 çimdik duz
100 q şəkər kirşanı (qlazur üçün)
2-3 xörək qaşığı limon suyu (qlazur üçün).



Hazırlanması:

Sobanı 180 dərəcə tempratura qədər qızdırın. Yumurtanın ağını sarısından ayıraraq, sarısını şəkər tozu ilə mikserlə ağarana qədər çalın. Üzərinə un, ləpə, qabartma tozu, darçın və limon sokunu əlavə edərək yaxşıca qarışdırın. Bu qarışımı sürtkəcin xırda gözündən keçirilmiş, kökün üzərinə əlavə edin. Mikserlə yaxşı-yaxşı çalın. Əgər xəmir bir qədər qurudursa, üzərinə azca süd əlavə edə bilərsiniz amama ele edin ki, xəmir maye halında olmasın.

Yumurtanın ağını 1 çimdik duz əlavə edərək köpüklənənə qədər qarışdırın. Sonra onu səliqəli şəkildə xəmirin içərisinə qatın.
Xəmiri kərə yağı çəkilmiş formanın içərisinə əlavə edin. Formanın diametri 20 sm dən böyük olamamalıdır.Formanı sobaya qoyaraq 1 saat bişirin.Tez-tez bişib-bişmədiyini kibrit çöpü vasitəsi ilə yoxlayın. Xəmir tezdə bişə bilər əyər qəhvəyi rəng alıbsa onu vaxtından əvvəl də çıxara bilərsiniz.

Qlazurun hazırlanma qaydası:

Limon suyu ilə şəkər kirşanını jele halına gələnə qədər qarışdırın. Hazır piroqun hər tərəfinə yayaraq 30 dəqiqəlik soyuducuya qoyun. Soyuducudan çıxardıqdan sonra yeyə bilərsiniz.


Yer kökü piroqu

Yer kökü piroqu

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Tez-tez edirəm.. Sevdiyim və asan reseptlərdəndir.. Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.