"Piknik çörəyi"

30 Kasım 2015
1 289
1
"Piknik çörəyi"
"Piknik çörəyi"

Tərkibi:

1 yumru çörək (təxminən 22 sm diametrli, 450 q)
5 x.q. mayonez (artıq da olar)
1,5 x.q. xardal
300 q bişmiş kartof
1 dəstə ispanaq
2 toyuğun döş əti
2 qırmızı şirin bibər
1 orta ölçülü qabaq
120 q pendir
1 orta boy badımcın
duz, istiot zövqə görə.



Hazırlanması:

Çörəyi boşqaba qoyub üstdən 1/4-ni kəsin (qapaq kimi). İçini çıxarın, kənarlarının qalınlığı təxminən 2 sm olsun. Bir növ küpə alınsın.

Mayonezi xardalla qarışdırın (başqa sevdiyiniz sous da götürə bilərsiniz), "küpə"nin iç divarına və qapağın altına çəkin. Suda bişmiş kartofu fal-fal doğrayıb dibinə yığın.

İspanağı doğrayıb, onun yarısını çörəyin içərisinə döşəyin. Bibəri sobada, yaxud közdə bişirib, ispanağın üzərinə yığın. Toyuğun filesini soyutma edib, yaxud da qızardıb, yarısını bibərin üstünə düzün.

Qabağı fal-fal, yaxud uzununa doğrayıb qızardın. Toyuğun üzərinə qoyun. Pendiri sürtgəcdən keçirib səpin. İspanağın qalanını da üstdən əlavə edin. Badımcanı fal-fal doğrayıb qızardın, yaxud közdə bişirin, ispanağın üzərinə qoyun. Toyuğun qalanını da düzüb "qapağı" örtün.

Bu "küpə"ni qida plyonkası ilə möhkəm sarıyın, üzərinə boşqab, onun üzərinə yük qoyun. Soyuducuda bir neçə saat, ən yaxşısı - 1 gecə saxlayın. Bu müddətdə iç özünü tutacaq və doğrayanda ovulub-tökülməyəcək, çörək isə için şirəsini çəkərək daha da dadlanacaq.


"Piknik çörəyi"

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -nə dadlı görünür..
    -`Təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.