Pomidorla pendir piroqu

28 Kasım 2015
1 116
0
Pomidorla pendir piroqu
Pomidorla pendir piroqu

Tərkibi:

200 q pendir
100 q kərə yağı
4 yumurta
200 q un
ağ istiot
8 pomidor
150 ml xama
100 ml yağlı qaymaq
muskat cevizi
ətirli göyərti qurusu


Pomidorla pendir piroqu

Hazırlanması:

Pendirin yarısını (100 q) sürtgəcdən keçirin.

Un, yağ, 1 yumurtanın ağı, bir çimdik duz və sürtgəcdən keçirdiyiniz pendirdən xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın.

Pomidorları yuyub qurudun, nazik dilimlərə doğrayın.

Xama ilə qaymağı çalın, yumurtaları və qalan yumurta sarısını əlavə edin, duz, istiot, ətirli göyərti qurusu və muskat cevizi qatın. Pendirin qalanını da sürtgəcdən keçirib əlavə edin.

Sobanı 200 dərəcə qızdırın.

Xəmiri yayın. Yağlanmış formaya döşəyib kənarlarını qaldırın. Pomidor dilimlərini düzüb üzərinə xamalı-yumurtalı qarışığı əlavə edin. 35 dəqiqə bişirin. Sonra sobanı söndürüb piroqu içində daha 5 dəqiqə saxlayın.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.