Xardal sousunda toyuq qızartması

29 Kasım 2015
2 140
1
Xardal sousunda toyuq qızartması
Xardal sousunda toyuq qızartması

Tərkibi:

,5 kq toyuq (yaxud toyuq budu)
10 diş qabıqlı sarımsaq

sous-marinad:
1 x.q. toxumlu xardal
1.5 ç.q. paprika
1 ç.q. sarıkök
2 x.q. mayonez
2 x.q. qatıq
1 x.q. bal
1 x.q. limon şirəsi
duz
qara istiot


Xardal sousunda toyuq qızartması

Hazırlanması:

Sous üçün olan ərzağı bir kasada qarışdırın.

Toyuğu dörd yerə bölün, duzlayın. Əti hazırladığınız marinadda 1-2 saat saxlayın.
Çuqun (adi də olar) tavaya əti düzün. Kənarlarından 1/4 st. su tökün, üzərinə qabıqlı sarımsaqları düzün.

Üzərini folqa ilə bağlayıb 250 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Sonra folqanı çıxarın, toyuq qıpqırmızı qızaranadək sobada bişirməyə davam edin.

Üzərinə göyərti səpin.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -dadlı görünür...-`Təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.