Çiyələk mürəbbəsinin hazırlanması

11 Mayıs 2016
1 518
0
Çiyələk mürəbbəsinin hazırlanması
Çiyələk mürəbbəsinin hazırlanması

Tərkibi:

1 kq. çiyələk
1 kq. şəkər tozu
1 ədəd limon

Hazırlanması:

Çiyələklərin saplaqlarını təmizlədikdən sonra yuyun.
Çiyələklərin yarısını geniş bir qazana tökün və üzərinə şəkərin yarısını əlavə edin. Daha sonra çiyələyin qalan yarısını və şəkəri əlavə etdikdən sonra qazanın qapağını bağlayaraq bir gecə gözlədin.
Sabah sulanmış olan çiyələyi ocağa qoyun və orta temperaturda hazır olana qədər(45 dəqiqə) qaynadın.
Ocaqdan götürməyə yaxın limon suyunu sıxın və 2-3 dəqiqə daha qaynadıb ocağı söndürün.
Mürəbbənizi isti halda qablara doldurun.
Soyuduqdan sonra qapağını hava almayacaq şəkildə bağlayaraq tərs çevirin. Qabların quru olmasına diqqət edin. Hazır mürəbbələrinizi sərin bir yerdə mühafizə edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.