Dadından doymayacağınız şokoladlı çiyələkli tort (RESEPT)

03 Haziran 2016
3 173
0
Dadından doymayacağınız şokoladlı çiyələkli tort (RESEPT)


Dadından doymayacağınız şokoladlı çiyələkli tort (RESEPT)
Feat.Az Aile.lent.az-a istinadən şirniyyat sevənlərə şokoladlı, çiyələkli qat-qat tort reseptini təqdim edir. Dadından doymayacaqsınız.

Lazım olan ərzaqlar:

4 ədəd yumurta
3 türk qəhvəsi fincanı şəkər tozu
1 çay stəkanı süd
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
3 qürk qəhvəsi fincanı un


Krem üçün:

200 mililitr qaymaq
200 qram bitter şokolad

Keksi islatmaq üçün:

1 su stəkanı şəkərli qəhvəli su

İçi üçün:

Yarım kilo çiyələk


Hazırlanma qaydası:

Yumurtaları köpüklənənə qədər mikserlə çırpın. Şəkər tozunu tökün və qatılaşana qədər çırpmağa davam edin. Süd və kakaonu əlavə edib çırpın. Ardınca un, vanil və qabartma tozunu da qatıb yaxşıca qarışdırın. Hazırlanmış qarışımı yağlanmış keks qabına töküb 180 dərəcədə bişirin. Bişəndən sonra qoyun keks soyusun. Soyuyan keksi iki yerə bölün.

Krem hazırlamaq üçün bir qazana qaymağı boşaldıb qazın üstünə qoyun. Yanlardan azca qaynamağa başlayanda ocaqdan götürün, şokoladı parçalara ayıraraq içinə tökün, əriyənə qədər qarışdırın. Arada qarışdıraraq yaxşıca soyudun.

Servis boşqabına keksin 1 qatını qoyun və qəhvəli su ilə isladın. Üzərinə kremdən bir az çəkin. Dilimlənmiş çiyələkləri yetəri qədər sırayla düzün. Üstünə keksin 2-ci qatın qoyun və yenə qəhvəli su ilə isladın. Yaxşı kremləyin və meyvələri düzün. Beləcə, son keks qatını da müvafiq şəkildə qoyun, isladın və qalan kremi sürtün. Üstünü bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.