Peçenyedən hazırlanan, bişirilməyən çox asan tort

07 Temmuz 2016
3 553
0
Peçenyedən hazırlanan, bişirilməyən çox asan tort
Peçenyedən hazırlanan, bişirilməyən çox asan tort. Bu tort həm dadlıdır, həm də vaxta və pula qənaət edən ən yaxşı reseptdir. Cəmi 20 dəqiqəyə hazır olacaq və sizi qonaqların yanında üzüağ edəcək!

Ərzaqlar:
Krem üçün:
Süd – 350 ml.
Şəkər tozu – 3 x.q.
Yumurta sarısı – 1 ədəd
Sadə peçenye – 500 qr.
Vanilin – bir çimdik
Qaymaq – 250 ml.
Qarğıdalı nişastası – 3 x.q.
Qlazur üçün:
Kərə yağı – 50 qr.
Duz – bir çimdik
Kakao tozu – 3 x.q.
Şəkər kirşanı – 250 qr.
Süd – 6 x.q.

Hazırlanması:
Əvvəlcə kremi hazırlayın: 125 ml. südlə 125 ml. qaymağı, şəkər tozunu, nişasta, yumurta sarısı və vanilini qarışdırırsınız. Yerdə qalan süd və qaymağı da qazana tökürsünüz və qaynamasını gözləyirsiniz. Qaynayan kimi götürürsüz və qaynar kütləni soyuq kütlənin üzərinə dayanmadan qarışdıraraq tökürsüz. Alınan kütləni yenidən odun üzərinə qoyursuz ki, qaynasın. Qatılaşan kimi oddan götürürsüz və bir kənara qoyursunuz.Sonra formanın içinə peçenyeləri düzürsünüz, üzərinə krem çəkirsiniz. Kremin üzərindən yenidən peçeyne düzürsüz və zövqdən asılı olaraq, meyvə, giləmeyvə qoya bilərsiniz, məsələn, banan dilimləri. Yenə krem çəkirsiniz. Qatların sayı formanın ölçüsündən və kremin qədərindən asılı olaraq, 2 və ya 3 ola bilər.Sonda tortumuzun üzərinə qlazur tökməliyik. Qlazuru hazır marketdən ala və ya evdə də asanlıqla edə bilərik: 6 x.q. süd, şəkər kirşanı, kakao, kərə yağı, bir çimdik duzu bir qaba töküb çəngəllə və ya mikserlə çala bilərsiniz. Onu tortun üstünə gəzdirib, hər tərəfinə yayırsınız və soyuducuya qoyursunuz. 2 saatdan sonra dadlı və sadə tortumuz hazır. Dilimləyib, çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.