Ərikli kompot
Ərikli kompot.
Ərzaqlar:
Ərik – 1 kq.
Su – 3 l.
Şəkər tozu – 300 qr.
Vanilin – bir çimdik
Hazırlanması:
Əvvəlcə zəif odda sirop hazırlayırıq: su və şəkər tozunu qaynayana kimi qarışdırırıq, üzərinə vanilin tökürük.
Ərikləri yaxşıca yuyub, çəyirdəyini çıxardırıq. Onları 2 yerə bölürük. Qaynayan siropun içinə həmin ərikləri tökürük. 5 dəqiqə qaynayandan sonra oddan götürürük. Bir qədər soyuduqdan sonra soyuducuya qoyuruq və səhərə kimi orada saxlayırıq ki, daha da dadlı olsun.
Nuş olsun!