Tbilisi Xaçapurisi – Ən Sadə Resept (Tavada)

12 Ağustos 2016
2 289
0
Tbilisi Xaçapurisi – Ən Sadə Resept (Tavada)
Tbilisi Xaçapurisi – Ən Sadə Resept (Tavada)

Ərzaqlar:

( 9 ədəd üçün). Qatıq – 1 st.
Yumurta – 2 ədəd
Şəkər tozu – 1 ç.q.
Duz – 1 ç.q.
Soda – 0,5 ç.q.
Un – 2 st. (3 st.)
Bitki yağı – 1 st.
Bərk pendir – 400 qr.
Kərə yağı – 50 qr.

Hazırlanması:
Qatığa 1 yumurta, duz, şəkər tozu, bitki yağı tökülür, yaxşıca qarışdırılır. Unu ələyirik, sodanı vurub, unu qatıqlı kütlənin üzərinə tökürük. Xəmir yoğururuq. Yumşaq xəmir alınana kimi lazım olsa daha bir stəkan un da hissə-hissə tökürük. Xəmir azca ələ yapışan olacaq. Üzərini örtürük və dincə qoyuruq. Pendiri sürtgəcdən keçiririk. Üzərinə 1 yumurta vurub, qarışdırırıq.
Xəmiri kolbasa formasına salırıq və 9 bərabər hissəyə bölürük. Onları bir-bir yayırıq. (qalınlığı təxminən 1sm. olmaqla). Mərkəzinə pendirli içliyi qoyuruq. Kənarlarını gətirib mərkəzdə bağlayırıq, yastılayırıq.
Xaçapurini tavada yağsız – hər iki üzünü qızardırıq. Yaxşı olar ki, qapağı bağlı halda bişirəsiniz. Hazır olan kimi kərə yağı sürtüb süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET