Belə Dolma Yeməmisiniz - RESEPT
Ərzaqlar:
2 kq göbələk
300 qr qiymə
3 diş sarımsaq
2 ədəd soğan
Duz, istiot
Üstü üçün: 300 qr holland pendiri
Hazırlanması:
Tavada qiyməni, soğan və sarımsağı doğrayıb qovurun. Qiymənin duz və istiotunu yoxlayıb ocaqdan götürün. Göbələklərin papaq qismini çubuqlarından ayırın. Papaq qisminin üst qabığını soyub, qaralarını təmizləyin. Təmizlədiyiniz göbələyi yuyun, hazırladığınız qiyməni göbələklərin içinə doldurun. Sobanın qabına düzün. 200 dərəcədə sobaya qoyun, 10 dəqiqə sonra üzərinə holland pendiri səpin. Pendir əriyəndə sobadan götürün.
Nuş olsun!