Orjinal Banan Peçenyeləri

19 Ocak 2017
2 409
0
Orjinal Banan Peçenyeləri
Yəqin ki, əksəriyyətiniz un məmulatları satılan yerlərdən belə dadlı və gözəl banan peçenyelərini alıb və dadmısız. Amma onu hazırlamaq heç kəsin ağlına da gəlmiyib. Sən demə, onu bişirmək çətin deyilmiş…

Ərzaqlar: (30-35 ədəd üçün)

Xəmir üçün:

Kərə yağı – 200 qr.
Xama – 200 qr.
Qabartma tozu – 1,5 ç.q.
Un – 2,5 st (yaymaq üçün də gərəyiniz olacaq)
Yağlamaq üçün kərə yağı

İçlik üçün:
Yağlı kəsmik – 250 qr.
Un – ½ st.
Şəkər tozu – 1 st.
Vanilin – 1 ç.q.
Kərə yağı – 1,5 x.q.
Darçın – 1 ç.q.

Hazırlanması:

Yumşalmış kərə yağını soyuq xama ilə qarışdırırsız. Ələnmiş unu, qabartma tozunu tökürsüz və həmcins xəmir yoğurursuz. Onu 30-35 kiçik toplara ("şariklərə”) ayırırsız. Üstünü qida pərdəsi ilə örtüb 30 dəqiqəlik soyuducuya qoyusuz.

İndi içliyə keçək: Kəsmik süzgəcdən keçirilir. Ona şəkər tozu, vanilin, darçın, kərə yağı töküb qarışdırırsız. Unu da əlavə edib həmcins olana kimi qarışdırırsız.
Kündələri soyuducudan götürürük və yuxayayana un səpib onları bir–bir yayırıq. Mərkəzinə içlik qoyuruq. Bükürük və banan forması veririk.

Sonra bananları yağlanmış perqament kağızın üzərinə düzürük və 190 dərəcədə 20-25 dəqiqə - üstü qızılı rəng alana kimi bişiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.