Xəstəliklərdən qorunmaq üçün bu salatı yeyin
Feat.Az-ın məlumatına görə, təbii vasitələrin köməyi ilə biz özümüzü və uşaqlarımızı bu xəstəliklərin inkişafından asanlıqla qoruya bilərik. Bu vasitələrin arasında düzgün və sağlam qidalnma əsas yer tutur.
Soyuqdəymə və qripdən qorunmaq üçün bu faydalı reseptdən istifadə edin. Soyuq fəsillərdə bu salatı hər gün qidalanmanıza daxil edin. Salata kələm turşusu (“molokan kələmi”), ağ və ya daha yaxşı qırmızı soğan və bitki yağı (zeytun, günəbaxan, qarğıdalı) daxildir.
Bu 3 inqrediyent salata güclü müalicəvi və profilaktik xüsusiyyətləri bəxş edir:
– Kələm turşusu C vitamini ilə olduqca zəngindir və həmçinin mədə-bağırsaq siseminə çox müsbət təsir edir, faydalı mikrofloranı bərpa edir. Həm C vitamini, həm də bağırsaqların faydalı mikroflorası orqanizmin immun sisteminin normal fəaliyyətində böyük rol oynayır.
– Soğan bioflavonoidlərlə zəngin olan təbii antibiotikdir.
– Bitki yağları A və E vitaminləri kimi güclü antioksidantlarla zəngindir.