Kartof kotleti necə bişirilir?
1 kq kartof
2 baş soğan
2 yumurta
2 x.q. un
4 x.q. bitki yağı
duz
Hazırlanması:
Kartofu soyun, duzlu suda tam yumşalanacan bişirin. Suyu süzün. Kartofu qazana yığıb isti plitənin üstündə 5 dəqiqə saxlayın (qurusun deyə).
Kartof quruyandan sonra ondan isti-isti püre hazırlayın: əzin, azca soyudun.
Bu müddətdə soğanı təmizləyib xırda doğrayın, bitki yağında qızılı rəng alanadək qovurun.
Kartofa yumurta, qovrulmuş soğan əlavə edib yaxşıca qarışdırın. Kotletlər hazırlayıb una batırın. Bitki yağında qızılı rəng alanadək qızardın.