Asan hazırlanan fındıqlı peçenye - RESEPT

12 Kasım 2021
2 889
0
Asan hazırlanan fındıqlı peçenye - RESEPT
Fərqli bir dadda şirniyyat yemək istəyirsinizsə, bu reseptimiz sizin üçündür.

Feat.Az asan hazırlanan fındıqlı peçenyenin reseptini verir.

Lazım olanlar:


250 qr kərə yağı

150 qr şəkər tozu

60 qr buğda nişastası

1 ədəd yumurta

1 paket vanil

1 çay qaşığı soda +1 çay qaşığı limon

100 qr fındıq

450 qr un

Hazırlanması:



Kərə yağı otaq temperaturunda geniş bir kasaya qoyulur. Üzərinə şəkər tozu əlavə edilib qarışdırılır. Sonra un və nişasta bu qarışıma qatılır. Üzərinə soda və limon suyu, yumurta, vanil əlavə edilir, xəmir yoğrulur. Xəmir bir az qalandan sonra qoz böyüklükdə hissələrə ayrılır. Əlin içində yastılanır və içinə bir ədəd fındıq qoyulub bağlanır, yumrulanır. Yağlı soba qabına düzülür.

160 dərəcədə qızdırılan sobada peçenyelərin altı xəfif qızarana qədər bişirilir. Daha sonra bişən peçenyelər içi şəkər külü dolu olan qabın içinə qoyulur.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.