Asan və Dadlı Şokoladlı Peçenye Hazırlanması - Video Resept

14 Kasım 2020
853
0
Asan və Dadlı Şokoladlı Peçenye Hazırlanması - Video Resept
Şokoladlı peçenye

Tərkibi:
Yumurta sarısı – 2 ədəd
Şəkər tozu - 0,5 st.
Kərə yağı - 150 qr. (otaq temp.)
Soda - 0,5 ç.q.
Un - 1,5-2 st.
Kakao - 1-1,5 x.q.
vanil – 1 paket


Hazırlanması:

1. Yumurta sarısı və şəkər tozu qarışdırılır...
2. Otaq temperaturunda olan kərə yağı əlavə edilir...
3. Mikser ilə qarışdırılır... Vanil, soda, un əlavə edilib qarışdırılır...
4. (Un tədricən əlavə edilir)
5. Yaxşıca qarışdırılır...
6. Xəmiri iki hissəyə ayırırıq...Biri digərindən bir qədər az olmalıdır...Az olan xəmirə kakao əlavə edilir...
7. Qarışdırılır...
8. Əgər xəmir çox yumşaq və ələyapışan alınıbsa, bir qədər də un əlavə edilə bilər...Bunu hər ikisi üçün də etmək lazımdır...
9. Ağ xəmirimizi düzbucaqlı formasında, qara xəmirimizi isə kolbasa formasında yayırıq və qara xəmiri ağ xəmirin mərkəzinə qoyuruq...
10. Ağ xəmir ilə qara xəmir tam örtülür...Kənarları da bağlanılır...Soyuducunun dondurucu gözündə 30 dəqiqə saxlanılır...
11. Təxminən 1-1,5 sm. qalınlığında hissələrə bölünür...
12. Perqament kağızı sərilmiş tavaya düzülür...
13. Azacıq qızılı rəng alana qədər 160 dərəcəyə qızdırılmış sobada bişirilir..
14. Həm dadı və həm də görünüşü çox gözəl alınır...

Nuş olsun...


Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.