Uşaqlar üçün asan, dadlı və maraqlı rəngli peçenyelər - Video Resept

05 Kasım 2020
1 093
0
Uşaqlar üçün asan, dadlı və maraqlı rəngli peçenyelər - Video Resept
Asan və dadlı peçenye hazırlanması resepti
Uşaqlar üçün maraqlı rəngli peçenyelər

Tərkibi

Kərə yağı – 150 qr. (otaq temp.)
Şəkər tozu - 0,5 st.
Qarğıdalı unu - 1 st.
un - 1 st. (təxminən)
Yumurta sarısı - 1 ədəd
soda (1 çimdik),
Vanil (yarım çimdik).



Hazırlanması:

1. Otaq temperaturunda olan kərə yağı ilə şəkər tozu mikserlə qarışdırılır..
2. Yumurta sarısı əlavə edilir...
3. Yaxşıca qarışdırılır...
4. Ardınca qarğıdalı unu tədricən ələkdən keçirilərək əlavə edilir...Həmçinin soda və vanil də qatılır...
5. Məndə ələyin gözləri çox kiçik olduğundan qarğıdalı ununun hamısını əlavə etdim (ələkdən keçməyənləri də)...
6. Əl ilə qarışdırılır...
7. Masaya un səpilir və xəmir yoğurulur...
8. Xəmir çox yumşaq olmamalıdır (demək olar ki, məndə 200 ml un lazım oldu)
9. Salafana qoyulur və soyuducuda 30 dəqiqə saxlanılır...
10. Sonra xəmir çıxarılır və yayılır...Əgər xırçıltılı alınmasını istəyirsinizsə nazik, yumşaq alınmasını istəyirsinizsə nisbətən daha qalın yayın...Bəzəkli fiqurlara ayırın və ya sadəcə düzbucaqlı (dairə, kvadrat) şəkillərdə kəsin...
11. Perqament kağızı sərilmiş qaba düzülür...
12. 180 dərəcəyə qızdırılmış sobanın üst gözündə azacıq qızılı rəng alana qədər bişirilir...
13. Peçenyelər qaba düzülür və soyumağa buraxılır...Peçenyelər hazırdır...Biz onları hazır rəngli qlazur ilə rəngləmək istədik...(bu rəngli qlazuru evdə hazırlamaq da olar...
14. Bizdə belə alındı...

Nuş olsun...



Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.