Mürəbbəli rulet resepti
3 yumurta
1 x.q şəkər
Yarım banka qatılaşmış süd
7-8 x.q un
100 qr kərə yağı
1 ç.q qabartma tozu
İstənilən mürəbbə
Hazırlanması:
Sobanı 180°C isidirik yağı əridirik
Yumurta ilə şəkəri mikser ilə qarışdırırıq
Qatılaşmış südü əlavə edərək qarışdırmağa davam edirik
Una qabartma tozunu əlavə edib yumurtalı qarışıma hissə-hissə əlavə edib qarışdırırıq.
Ən sonda yağı tökürük və mikserlə qarışdırırıq.
listi yağlayırıq ya da kağız qoyuruq ki, xəmir yapışmasın
xəmiri listə töküb hər tərəfin eyniləşdiririk.
180°C 15-20 dəqiqə və ya üstü qızarana kimi bişiririk.
Sobadan çıxan kimi mürəbbəni tez sürtüb bükürük.
Soyuduqdan sonra bükmək çətin olacaq və rulet qırıla bilər.
Nuş Olsun!