Şərbətli peçenye resepti,stəkan, əlavə, pudra, dəqiqə, şəkəri, qabartma, şəkər, sonra, düzün, sobadan, paket, qarışdırın, Şərbəti, temperatu

Şərbətli peçenye resepti

09 December 2017
547
0
Şərbətli peçenye resepti
Ərzaqlar;
Xəmiri üçün:

-125 qram kərə yağı (otaq temperaturunda gözlədilmiş)
-120ml duru yağ
-1 ədəd yumurta
-1 stəkan pudra şəkəri
-4 yemək qaşığı kakao
-1 paket vanil
-3 stəkan un
-1 paket qabartma tozu

Şərbəti üçün:

-1 stəkan şəkər tozu
-1 stəkan su (otaq temperaturunda)

Hazırlanması:

1. Dərin bir qaba kərə yağı, duru yağ, yumurta, pudra şəkəri, kakao və vanili əlavə edin. Əlinizlə kərə yağını əzərək ərzaqları qarışdırın.
2. Ələnmiş un və qabartma tozunu az-az əlavə edib, xəmiri yoğurun.
3. Soba qabına yağlı kağız yerləşdirin. Xəmirdən qoz iriliyində hissələr qoparıb, ovucunuzun içində yuvarlaqlaşdırın. Yuvarlaqlaşdırdığınız xəmirlərin orta hissələrini barmağınızla yüngülcə sıxaraq düymə şəkli verin və qaba düzün.
4. Əvvəlcədən 180 dərəcə temperaturda qızdırılmış sobada 20-23 dəqiqə bişirin. Üzərləri çatlayan zaman sobadan çıxarın.
5. Bu müddətdə şərbəti hazırlayın. Bir qaba çəkər tozu və su əlavə edib, şəkər tozu tam şəkildə əriyənə qədər qarışdırın.
6. Peçenyeləri sobadan çıxarıb, 5 dəqiqə gözlətdikdən sonra hər bir peçenyenin altını və üstünü şirin suya batırıb, qaba düzün.
7. Şərbəti çəkməsi üçün ən azı 30 dəqiqə gözlədikdən sonra üzərinə kokos və ya pudra şəkəri əlavə edərək sevdiklərinizlə bölüşün.

Nuş olsun!
Mp3 indir
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz