Fərqli dad: qozlu şirniyyat – HAZIRLANMA QAYDASI

19 Şubat 2018
1 932
0
Fərqli dad: qozlu şirniyyat – HAZIRLANMA QAYDASI
Çay sevərlər onu şirniyyatla içməyi xüsusilə xoşlayırlar. Ailem.az hər dəfə fərqli dad axtarışında olanlara yeni resept təqdim edir.

Qozlu şirniyyat

Lazım olanlar:




2 stəkan yarım un

Kərə yağı

1 stəkan süd

Yarım çay qaşığı soda

1 çay qaşığı duz

İri çəkilmiş qoz

2 stəkan şəkər tozu

2 stəkan su

Yarım limonun suyu



Hazırlanması:


Şəkər tozu, su və limon suyunu qazana töküb ocağa qoyun, qaynamağa başladıqda odunu alın. 20 dəqiqə daha qaynadın. Otaq temperaturunda yumşalmış kərə yağını bir kasada əlinizlə əzin. Un, soda, duz və südü əlavə edib yumşaq xəmir halına gəlincəyə qədər yoğurun. Yarım saat saxlayıb, xəmirdən qoz böyüklüyündə parçalar qoparın. Yumurta şəklinə saldıqdan sonra ortasını oyub, içinə çəkilmiş qoz qoyub bağlayın. Əlinizdə təkrar yuvarlayın. Yağladığınız soba qabına düzün. 180 dərəcə qızdırılmış sobada qızarıncaya qədər bişirin. Sobadan çıxardıqda isti şərbəti üzərinə töküb servis boşqabına yığın. Üzərlərinə çəkilmiş qoz səpərək servis edin.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.