Umac piroqunun HAZIRLANMA QAYDASI

19 Nisan 2022
3 121
0
Umac piroqunun HAZIRLANMA QAYDASI
Mətbəxdə asan və ləzzətli şirniyyatlar bişirməyi əksər xanımlar çox sevir. Feat.Az bu dəfə həm ləzzətli, həm də asan hazırlanan umac piroqunun reseptini verir.



Tərkibi:




4 stəkan un

2 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 stəkan qatıq

3 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu



Hazırlanması:



Unla şəkər tozunu qarışdırın. Sonra duru yağı əlavə edib qarışdıraraq umac hazırlayın. Umacdan 1 stəkan götürüb kənara qoyun. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa töküb köpürdərək, onun içinə tökün. Daha sonra vanil və umacı qatıqlı qarışıma əlavə edərək, yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin. Tam soyuduqdan sonra romb formasında doğrayıb, servis edə bilərsiniz.



Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.