Ən Asan Kokos Peçenyesi

23 Nisan 2022
4 113
0
Ən Asan Kokos Peçenyesi
Peçenye uşaqlar üçün sevinc mənbəyidir, öz aramızdır, elə biz böyüklər də şirniyyatları, o cümlədən dadlı peçeyeləri çox seviririk. Nə qədər pəhriz də saxlasaq, bir peçenye təklif edən kimi dadına baxırıq. Hələ bir kokos peçenyesi olarsa... Ağızda əriyən, cənnət həzzi yaşadan ləzzətli və asan kokos peçeyenlərini hər gün hazırlayın ki, evinizdə bayram olsun!

Ərzaqlar:


Ən Asan Kokos Peçenyesi

Un – 100 qr.
Şəkər tozu – 100 qr.
Kokos qırıntıları – 200 qr.
Yumurta – 2 ədəd
Qabartma tozu – 1 ç.q.

Hazırlanması:




Yumurta şəkər tozu ilə çalınır.
Kokos qırıntıları da əlavə edilir, qarışdırılır.
Ayrıca bir qabda unla qabartma tozu qarışdırılır və yumurtalı qarışığa əlavə edilir, yenidən qarışdırılır.
Xəmir 40 dəqiqə soyuducuda saxlanılır.
Sonra xəmirə əlimizlə peçenye forması veririk, yağlanmış listə düzürük. 180 dərəcədə 20 dəqiqə bişiririk.

Nuş olsun!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.