Kokoslu peçenye hazırlanması - Video Resept

22 Kasım 2020
2 775
0
Kokoslu peçenye hazırlanması - Video Resept
Kokoslu peçenye hazırlanması

Tərkibi:

Marqarin – 200 qr.
şəkər tozu – 80 qr.
yumurta – 1 ədəd
un – 280 qr.
kokos – 50 qr.
qabartma tozu – 2 ç.q.
vanil – 2 ç.q
zəncəfil tozu – 0.5 ç.q.
kokos – 50 qr. (bəzək üçün)


Hazırlanması:
1. Otaq temperaturunda olan marqarinə şəkər tozu əlavə edilir və mikser ilə qarışdırılır...
2. Yumurta əlavə edilir və yenə yaxşıca qarışdırılır...
3. Bir başqa qaba bütün quru inqredientlər əlavə edilir...
4. Tədricən əvvəlki qarışımımıza əlavə edilərək qarışdırılır...
5. Yapışqan xəmir əldə edirik...üzərini salafan ilə örtüb 1 saat soyuducuda saxlayırıq...
6. Soba 175 dərəcəyə tənzimlənir...
7. Xəmiri 5 bərabər hissəyə bölürük...
8. Masaya un səpilir...Hər 5 hissəni diametri təxminən 1 sm olan uzun kolbasa formasına gətiririk...Bunların hərəsini 10 hissəyə bölürük...
9. Hər birini kokosa batırırıq...
10. Perqament kağız sərilmiş qaba düzürük...
11. Qızılı rəng ALMAYANA qədər bişirin...
12. (təxminən 12 dəqiqə)

Nuş olsun...


Mənbə:Favorit
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.