Milyonçular pirojnası
Tərkibi:
Alt qat üçün:
160 qr un
50 qr qəhvəyi şəkər tozu
2 xörək qaşığı qarğıdalı nişastası
1/4 çay qaşığı duz
120 qr soyuq kərə yağı
1 ədəd yumurta sarısı
1-2 xörək qaşığı buzlu su
Karamel üçün:
380-400 qr ( 1 banka) qatılaşdırılmış süd
100 qr qəhvəyi şəkər tozu
150 qr kərə yağı
1/4 çay qaşığı duz
Qanaş üçün:
200 qr südlü və ya tünd şokolad
50 ml yağlı qaymaq
Hazırlanma qaydası:
Mikserin qabına un, şəkər tozu, qarğıdalı nişastası, duz və doğranmış kərə yağı töküb mikserlə çırpın.
Yumurta sarısı əlavə edib yenə çırpın. Əgər kütlə ələ yapışmayan quru alınıbsa bir qaşıq soyuq su əlavə edib yenə çırpın.
Hazır olan kütləni yağlı kağız sərilmiş 24× 24 ölçülü kvadrat formaya töküb yayın. Əlinizlə basaraq yayın və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.
Karamel üçün balaca qazançaya qatılaşdırılmış süd, kərə yağı, qəhvəyi şəkər tozu və duz töküb qarışdırın. Orta ocaqda dayanmadan qarışdıraraq karamelli kütlə olanadək bişirin. Hazır karameli formada bişmiş şəkərli alt qatın üzərinə yayın və soyuması üçün kənara qoyun.
Qanaş üçün şokoladı xırda doğrayıb bir qaba tökün.
Qaymağı ilıdıb ocaqdan götürün və xırda doğranmış şokoladı üzərinə töküb yaxşıca qarışdırın. Qanaşı soyuyan karamelin üzərinə töküb yayın və soyuması üçün soyuducuya yerləşdirin. Hazır peçenyeni kvadrat şəklində kəsib süfrəyə verin.
Nuş olsun!