Şokoladlı kapkeyklər

03 Mart 2018
2 016
0
Şokoladlı kapkeyklər
Çayın və qəhvənin yanında dadlı şokoladlı kapkeylər bişirib süfrəyə verə bilərsiniz.

Tərkibi:

¾ stəkan kakao
1,5 stəkan un
1,5 stəkan şəkər tozu
2 ədəd yumurta
1,5 çay qaşığı soda
¾ çay qaşığı qabartma tozu
¾ çay qaşığı duz
¾ stəkan isti su
¾ stəkan çürümüş süd və ya kəsmik
3 xörək qaşığı bitki yağı
1 çay qaşığı vanil
260 qr tünd şokolad
1 stəkan yağlı qaymaq

Hazırlanma qaydası:

Kapkeyki bişirəcəyiniz qabların içərisinə yağlı kağız sərin. Bir qabda un, kakao, şəkər tozu, soda, qabartma tozu və duzu qarışdırın.

Üzərinə yumurta, isti su, çürümüş süd, yağ və vanil töküb təxminən 3 dəqiqə çırpın.

Xəmiri qəliblərə 2/3 hissəsinə qədər doldurun.

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Sobadan götürüb soyudun.

Su hamamında şokoladı əridin. Qaymağı da əlavə edib yaxşıca qarışdırıb soyuması üçün kənara qoyun.Kapkeykin orta hissəsindən diş çöpüylə dəlik açın konditer torbasıyla krem (istədiyiniz krem) doldurun.

Qlazuru keksin üzərinə yaxın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.