Bakı qurabiyəsini – BELƏ HAZIRLAYIN

26 Şubat 2018
2 130
0
Bakı qurabiyəsini – BELƏ HAZIRLAYIN
Azərbaycanın ləzzətli milli şirniyyatları var. Hər bölgənin özünəməxsus dadlı şirniyyatları çay süfrələrinə xüsusi ləzzət verir. Feat.Az bu dəfə sizə Bakı qurabiyəsinin reseptini verir.


1 kq məmulat üçün lazım olanlar:

589 q əla növ un
354 q kərə yağı
153 q qənd kirşanı
35 q yumurta (ağı)
30 q alma yaxud qaysı əzməsi
30 q qənd


Hazırlanma qaydası:

Kərə yağı, qənd tozu və yaxud qənd kirşanı ilə qarışdırıldıqdan sonra ona yumurta ağı, ələnmiş un vurulur və hamısı birlikdə yenidən qarışdırılır. Xəmirin temperaturu 18 C-dən yuxarı olmamalıdır. Sonra xəmir borulu qənnadı kisəsinə yerləşdirilərək sıxılır və soba qabına çobanyastığı formalı fiqurlar hazırlanıraq düzülür. Bişirməzdən qabaq qurabiyənin ortasına oyuq açılır və 250 dərəcədə 10 dəqiqə müddətində sobada bişirilir. Bişdikdən sonra oyuqlara qənd kirşanı ilə meyvə püresi doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir.


Nuş olsun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.