Diyetik lahmacun belə bişirilir - HAZIRLANMA QAYDASI

16 Mart 2018
1 866
0
Diyetik lahmacun belə bişirilir - HAZIRLANMA QAYDASI
Pəhriz saxlayarkən lahmacundan imtina edə bilməyənlər var yəqin ki. Onları nəzərə alaraq, Feat.Az diyetik lahmacun reseptini təqdim edir.



Xəmiri üçün lazım olan ərzaqlar:



3 stəkan pəhriz unu

1/2 paket yaş maya

Duz

Su



İçlik üçün:



100 qr qıyma

2 soğan

1 dəstə doğranmış cəfəri

2 pomidor

3 bibər

Duz, pul bibər, kəklik otu

Zeytun yağı



Hazırlanması:



Əvvəlcə xəmiri hazırlayın. Unu dərin bir qabın içinə tökün. Düz ortasına yaş mayanı qoyun. Sonra ilıq su tökərək mayanı əridin. Duzunu da səpərək yumşaq xəmir halına gələnə qədər yoğurun.

İçliyin hazırlanması üçün də pomidor, soğan və bibəri blenderla xırda doğrayın. Bıçaqla doğradığınız cəfərini də içliyə əlavə edin. Sonda qıymanı, ədviyyatları və zeytun yağını əlavə edib yaxşıca qarışdırın.

Xəmir gələndən sonra bərabər ölçülü kündələrə ayırın və oxlovla yayın. Lavaşın üzərinə hazırladığınız içlikdən səpin.

180 dərəcədə isidilən sobada xəmiri və içliyi hazır olana qədər bişirin.

Yanında ayranla servis edə bilərsiniz.



Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.