Gül kələmindən dadlı xörək bişirin - RESEPT

07 Nisan 2018
1 411
0
Gül kələmindən dadlı xörək bişirin - RESEPT
Gül kələm qida rasionumuzda önəmli yerlərdən birini tutmalıdır. Onun tərkibi saymaqla bitməyən vitaminlərlə zəngindir. Xüsusilə də uşaqlara gül kələm yemə alışqanlığı aşılayaraq, yeniyetmə dövrlərində ehtiyacları olan bütün vitamin və mineralların təməlini qoymuş olarsınız. Feat.Az sağlıqlı və ləzzətli gül kələmi xörəyinin reseptini verir.



Lazım olanlar:



Yarım kilo gül kələm

1 ədəd orta boy kök

1 ədəd orta boy soğan
1 xörək qaşığı tomat
2 xörək qaşığı zeytun yağı

Duz



Hazırlanması:




Əvvəlcə orta boy bir qazana duru yağı töküb, doğranmış soğanı qovurun. Kökü halqa şəklində doğrayıb qazana tökün və soğanla birlikdə qovurun. Daha sonra qazana tomatı və təmizlədiyiniz gül kələmini əlavə edin. Bütün vəsaitləri birlikdə qovurduqdan sonra duzunu töküb, üzərini bir barmaq keçəcək şəkildə isti su əlavə edib qaynadın.

Gül kələmlər yumşalanda ocaqdan alıb cəfəri, ya da şüyüdlə servis edə bilərsiniz.



Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.