Dadlı Böyürtkənli keks (Blackberry cake) - Resepti

Dadlı Böyürtkənli keks (Blackberry cake) - Resepti
Tərkibi:
3 yumurta
1 st qatıx
1 st şəkər
0,5 st duru yağ
1paçka qabartma tozu
1paçka vanil
1 cimdik duz
2,5 st un (mən əvvəl 2 st tökdüm,qarışdırdım, baxdım vəziyyətə və 2-3 y.q. əlavə etdim, undan una fərq var, tak şto ayığ olun)
200qr böyürtkən (mən qramla ölçmədim böyürtkəni, geniş ürəkli insan kimi hellədim ürəyim istəyən qədər, çünki sevirəm şirin keksin turşməzə meyvə və giləmeyvələrlə ahəngini,vəhdətini,duetini və s)

Hazırlanması:

1. Yumurtaları şəkərlə 3-4 dəq çalmaq.
2.Qatıq və duru yağı əlavə etmək,qısa müddət çalmaq (bu mərhələdə xəmir çox duru olur və mikserlə çalanda yaman sıçradı, tak şto dərin qab götürün yada qaşıqla yaxşıca qarışdırın.
3. Unu,qabartma tozunu, duzu ələyin məhlulun üstünə və qaşıqla qarışdırın. Orta qatılıxda xəmir alınır. Böyürtkənləri əlabə edin, ehtiyatla qarışdırın və geniş keks qablna tökün,üstünü düzəldin. Mən üstdən birazda böyürtkən düzdüm, biraz barmağımla basdım xəmirin içinə.
Əvvəldən 180t isidilmiş sobada 30-35 dəq bişirdim.

Nuş olsun!
insta: @azerifoodie
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.