Şokoladlı kirpi resepti

07 Ağustos 2018
1 441
0
Şokoladlı kirpi resepti
Tərkibi:
240 qr şokolad
80 ml süd
3 x.q. şəkər tozu
2 ədəd yumurta sarısı
4 ədəd yumurta ağı
200 ml qaymaq
Bir çimdik duz

Üstü üçün:
3 ədəd yumurta ağı
3 st. şəkər tozu

Hazırlanması:
Şokolad su hamamında əridilib soyudulur. Yumurta sarısı çəngəllə çırpılır. Südlə şəkər tozu qarışdırılır, qaynağa düşən kimi odun üzərindən götürülür. Qarışığın yarısı damcı-damcı yumurta sarısına əlavə edilib mətbəx süpürgəsi ilə çırpılır. İkinci yarısı isə birdəfəyə qatılıb qarışdırılır. Kütlə ərinmiş şokolada əlavə edilib qarışdırılır. Yumurtanın ağı qaba qoyulur, su hamamına yerləşdirilib arasıkəsilmədən çırpılır. Üzərinə duz səpilib yenidən çırpılır. Bezenin ½ hissəsi şokoladlı qarışığa qatılıb qarışdırılır. Daha sonra qalan hissəsi az-az əlavə edilib qatılaşana qədər çırpılır. Qaymaq qaba tökülüb mətbəx süpürgəsi ilə bərkiyənədək çırpılır. Kütlə şokoladlı qarışıma əlavə olunub mətbəx süpürgəsi ilə qarışdırılır. Sonra 6 ədəd 80 ml həcmində qablara paylaşdırılıb 2 saat soyuducuda saxlanır. Yumurta ağı mikserlə çırpılır, üzərinə şəkər tozu əlavə edilib qarışdırılır. Beze metbex torbasına doldurulub soyuducudan çıxardığımız qabların üzərinə kirpi tikanları şəklində sıxılır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.