Ev şəraitində tavada qızardılmış ləzzətli ponçik - Resepti

26 Mayıs 2022
3 442
0
Ev şəraitində tavada qızardılmış ləzzətli ponçik - Resepti
Ev şəraitində tavada qızardılmış ponçik hazırlamaq çox asandır.

Tərkibi:
500 qr un(əlavə un apara bilər)
5 qr duz
1ç/q quru maya
60 qr şəkər tozu
0,5 st süd
2xör/qaşığı xama
1 yumurta
30 qr yumşaldılmış kərə yağı

Hazırlanma qaydası:
İlk öncə süddə mayanı həll edin,yumurta əlavə edib qarışdırın. Un,xama,duz və şəkər tozu töküb taxta qaşıqla qarışdırın. Kərə yağını da əlavə edib yumşaq xəmir olanadək yoğurun. Xəmiri qapağı bağlanan bir qaba qoyun və mayalanması üşün kənara qoyun. 20 dəqiqə fasilə ilə 1 saat ərzində xəmiri yoğurun və yenidən mayalanmağa qoyun. Otaq temperaturunda xəmirin ümumi mayalanma müddəti 2 saatdır.
Mayalanmış xəmiri kündələrə bölün və oxlovla yayın kiçik kürəciklər halına gətirib üzərinə yağlanmış salafan sərib 30 dəqiqə saxlayın.
Bir qazanın içərisinə bol bitki yağı töküb 175-180 dərəcə qızdırın(yağ yaxşıca qızmalıdır).
Ponçikləri bol yağda ikitərəfli qızardın. Bişən ponçikləri quru salfetkanın üstünə qoyun. Üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

insta: @bereketli_metbex
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.