Mini Tort Resepti - "Kirpi" pirojnası

30 Nisan 2022
4 553
0
Mini Tort Resepti - "Kirpi" pirojnası
İçindəkilər:
Yumurta -2ədəd
Şəkər tozu -1 st
Xama- 200 q (ramaşka)
Yağ - 100 q kərə yağı (dayaruşka)
Un - 2,5 st
Qoz-100q(zövqə görə)
Vanil
1ç\q qabartma tozu

Krem üçün:
1 banka qatılaşdırılmış süd
200 qr yağ

Hazırlanma qaydası:

Krem üçün: Yumşalmış yağ mikserlə çalınır və üzərinə qatılaşdırılmış süd əlavə edilir və çalınır. Krem biskvit bişənə qədər soyuducuda saxlanılır.
Biskvitin yumşaq olması üçün, yumurtanın ağı və sarısını ayrı-ayrı çalmaq lazımdır. Yumurtanın ağına bir az duz qataraq, qatılaşana qədər çalınır. Digər qabda şəkər tozu əriyənədək, yumurta sarısı ilə birgə mikserlə qarışdırılır. Üzərinə otaq temperaturunda yumşalmış yağ və xamanı əlavə edib, çalmağa davam edirik. Un, qabartma tozu və vanili qarışımın üzərinə ələyərək, taxta qaşıqla qarışdırırıq. Sonda yumurtanın ağını kütləyə töküb, yavaş-yavaş qarışdırmağa davam edirik. Hazır kütləni perqament sərilmiş soba qabına tökürük. Biskviti 170 dərəcədə əvvəlcədən qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişirik.

Nuş olsun

insta: @bereketli_metbex
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.