Kirpi Pirojnası Resepti

12 Eylül 2022
2 442
0
Kirpi Pirojnası Resepti
Tərkibi:
5 yumurta
2,5 st. un
1,5 st. şəkər tozu
200 qr. ərinmiş kərə yağı
1/2 ç.q. çay sodası
2-3 damcı limon suyu
1 vanil
Krem üçün:
200 qr. yumuşalmış kərə yağı
1 qatılaşdırılmış süd
1 vanil

Hazırlanması:

1. Yumurtalar şəkər tozu ilə ağaranədək çalınır, üzərinə ərinmiş yağ, vanil əlavə olunur və qarışdırılır.
2. Çay sodası limon suyu ilə qarışdırılır və xəmirə əlavə olunur.
3. Un yavaş yavaş üzərinə əlavə olunur və yaxşı çalınır.
4. Xəmir iki yerə bölünür, hər ikisi ayrı ayrılıqda soba listinə eyni ölçüdə çəkilir. Əvvəlcədən 180° С isinilmiş sobada hər biri 15 dəqiqə bişirilir. Soyudulur. Arvudu stəkanla kəsilir. Qıraqlar ovulur bəzək üçün.
5. Krem hazırlanır: yağ mikserlə çalınır, üzərinə qatılaşdırılmış süd və vanil əlavə olunur. Yaxşı çalınır.
6. Kəsdiyimiz bir hissəyə krem çəkilir, ikinci hissə ilə örtülür və üzərinə krem çəkilir. Etdiyimiz ovuntu ilə pirojnalar bəzədilir. Bütün pirojnalar bu cür yığılır.

15-17 pirojna alınır.

Nuş olsun!
Mənbə:bahasun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.