Kuliç Resepti

Kuliç Resepti
Tərkibi:
6 st. un
2 st. şəkər tozu
1 paket quru maya (10 qr)
6 yumurta
2 st. süd
250 qr. kərə yağı (yumuşalmış)
1 st. kişmiş (ağ, qara qarışıq)

Qlazur üçün:

4 yumurta ağı
4 st. şəkər pudrası
1 ç.q. limon soku

Hazırlanması:

1. 3 st. un və maya qarışdırılır. Üzərinə iliq (isti yox, mütləq ilıq süd) əlavə olunur. Qarışdırılır, üzərinə streç çəkilir və 30 dəqiqə isti yerdə saxlanılır.
2. Yumurtaların sarısı ağından ayrılır.
Sarısı şəkər tozu ilə ağaranədək mikserlə çalınır. Ağı ayrıca bərkiyənə kimi çalınır.
3. Unlu qarışıma çaldığımız yumurtanın sarısı əlavə olunur. Qarışdırılır. Daha sonra yumurta ağı yavaş yavaş əlavə olunur və qarışdırılır.
4. Qalan 3 st. un.və yumuşalmış kərə yağı (əridilmiş deyil) əlavə olunaraq xəmir yoğurulur. Xəmir keks xəmiri kimi olmalıdır, bərk olmur. 1 saatlıq isti yerdə saxlanılır.
5. Kişmiş suda 1 saat islanır, salfeta düzülərək qurulanır. Üzərinə 1 ç.q. un əlavə olunur qarışdırılır.
Mayalanmış xəmirə kişmiş əlavə olunur və bir daha 1 saat mayalanır.
6. Formalar yağlanır, içinə yarısından biraz az miqdarda xəmir qoyulur. 15 dəqiqə formalarda üstü dəsmalla örtülərək mayalanır.
7. Əvvəlcədən 100 °C isidilmiş sobada 10 dəqiqə bişirilir. Daha sonra 180°C 40 dəqiqə, soba açılmamış bişirilir.
8. Bu zaman qlazurl hazırlanır:
Yumurta ağı köpüklənənə kimi çalınır. Üzərinə şəkər pudrasının yarısı əlavə olunur və mikserlə çalınır. Limon suyu əlavə olunur, çalmağa davam edə edə şəkər pudrasının qalan hissəsi də az-az əlavə olunur. Bərkiyənə kimi çalınır.
9. Hazır kulicləri sobadan çıxardıb həmin qlazuri üzərinə əlavə edin. Çünki yalnız isti halda olunmalıdır.
Bir gecə üzəri açıq saxlayın ki, qurusun.

Nuş olsun!
Mənbə:bahasun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.