Ev şəraitində 5 dəqiqəyə mastikanın hazırlanma qaydası

09 Eylül 2022
2 151
0
Ev şəraitində 5 dəqiqəyə mastikanın hazırlanma qaydası
Qənnadıçılıqda badam unundan və şəkər tozundan mastika (şəkərli xəmir, marçipan) hazırlanır. Mastikadan tort üçün müxtəlif fiqurlar, oyuncaqlar, gül dəstəsi və digər bəzək əşyaları, xüsusilə qida boyaları əlavə edərək hazırlaya bilərsiniz.

Tərkibi:
1,5 stəkan ağardılmış badam unu
1,5 stəkan şəkər kirşanı
2 çay qaşığı badam cövhəri
1 çay qaşığı qida gülabı
1 yumurta ağı və ya 2 xörək qaşığı qarğıdalı siropu

Hazırlanma qaydası:
İlk öncə blenderdə badam unu və şəkər kirşanını qarışdırın.

Ev şəraitində 5 dəqiqəyə mastikanın hazırlanma qaydası

Badam cövhəri və gülabı (gülab yoxdursa 1 çay qaşığı vanil ekstraktı ilə əvəz edə bilərsiniz) əlavə edin və quru qarışıqla qarışdırın.



Yumurta ağını da əlavə edib xəmir olanadək qarışdırın (əgər sulu alınıbsa badam unu və ya şəkər kirşanı əlavə edə bilərsiniz.



Xəmiri streç salafana bükün və soyuducuya yerləşdirin.



Xəmiri soyuducuda 1 ay saxlaya bilərsiniz.



İstifadə etməmişdən 1-2 saat əvvəl soyuducudan çıxarın və otaq temperaturunda gözlədin.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.