Ən dadlı biskvit resepti

29 Nisan 2022
4 391
0
Ən dadlı biskvit resepti
Tərkibi:
2 yumurta
6 qaşıq şəkər tozu
7 qaşıq qatıq (3/4 st )
1/2 st iysiz bitki yağı
1/2 ç.q soda
1/2 paket şəkərli vanilin
2-3 qaşıq xırdalanmış qoz ləpəsi
2 qaşıq kişmiş
3-4 ədəd xurma
2 st un

Hazırlanması:

Yumurtaları və şəkər tozunu qarışdırırıq. Üzərinə sodanı biraz qatıqda söndürürük və qatığı,vanili və bitki yağını da əlavə edib qarışdırırıq, qoz ləpəsini bıçaqla xırda doğruyuruq,kişmişi qaynar suda isladıb 15-20 dəqiqə yumşalmasını gözləyirik və onu da bıçaqla lap xırda doğruyuruq ,xurmaları da tumundan ayırıb xırda doğruyuruq və qarışıma əlavə edirik və onların xəmirin hər yerinə qarışmasına diqqət edirik və sonda unu da əlavə edib qarışdırırıq və bişirəcəyimiz qaba töküb 175'də təxminən 30-45 dəqiqə bişiririk. Mən istiyə davamlı şüşə qabda bişirirəm,əvvəlcə alt hissədə qoyuram üstü bərkiyib azca rəngi tündləşmək istəyəndə üstə qoyuram və sonda çubuqla içinin bişməsini yoxluyuram , diametri 28-34 sm olan qablarda bu ölçülərlə bişirə bilərsiz tam gedir. Nuş olsun! Reseptlə hazırlasaz mütləq mənə də göndərin şəklini və fikrinizi yazın mənə bəyəndiz yoxsa yox , mən də həvəsdən düşməyim,hərdən paylaşımlarımın boş-boşuna olduğunu düşünürəm

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.