Dadlı Peraşki Resepti - Video

03 Eylül 2018
1 663
0
Dadlı Peraşki Resepti - Video
Peraşkini həm kartof həm də ətli iç ilə hazırlaya bilərsiniz.İstədiyiniz içi seçib, bu ləziz peraşkilərdən bişirin. Və ya hər içdən yarım porsiya bişirib, həm kartoflu, həm ətli peraşkidən zövq alın.
2st ilıq süd
1ç/q quru maya
1x/q pesok
1ç/q duz
1x/q sirkə
0,5 duru yağ
200qr xama
200qr ərinmiş yağ aralarını yağlamağa
Apardığı qədər un ələyib xəmir yoğurub 1saat isti yerdə saxlayıb mayalanmasın gözləyirik.

İçlik:
qovrulmuş qimə
Kartof püresi
Duz,istiot
1yumurta sarısı üzərinə çəkməyə
Xəmir beş kündəyə bölünür
Hər kündə tək-tək oxlovla açılır
Hər açılan kündələrin arası yağlanıb üst üstə yığılır.Yağlanmış yuxaları kəsib rulet kimi burulur,içlik qoyub üçkünc formada bükülür
Hər kündəni ilk öncə əllərinizlə açın, daha sonra oxlovla diametri 12 sm dairələr yayın. Yaydığınız kündənin orta hissəsinə içlikdən qoyun.Yuxanın iki ucunu birləşdirərək kənarlarından yapışdırın.Daha sonra üçüncü uc hissəni də birləşdirib yaxşıca yapışdırın.Çevirdikdə itibucaqlı üçbucaq formasında olur.Qalan kündələri də eyni qayda ilə hazırlayın. Samsaları yağlı kağız sərilmiş soba sinisinə düzün. Bir qabda yumurta sarısının içinə bir qaşıq duru yağ töküb qarışdırıb samsaların üstünə yaxın. Zövqə görə üzərinə küncüt səpin və 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə yüngül qızaranadək bişirin.

Nuş olsun!



insta: @bereketli_metbex
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.