Ballı-xamalı Tort Resepti

Xəmir üçün:
Bal – 2 xörək qaşığı
Kərə yağı – 2 xörək qaşığı
Yumurta – 2 ədəd
Soda – 2 çay qaşığı
Şəkər tozu – 1 stəkan
Un – 4 stəkan
Krem üçün:
Xama (70-100 qram ) – 1 banka
Şəkər tozu – 1 banka
HAZIRLANMASI:
Xəmir üçün tələb olunan ərzaqları (undan başqa) qarışdırıb su buxarına qoyun. Eynicinsli kütlə alınanadək qarışdırın, sonra, ehmalca 2 stəkan un əlavə edib, qaynara düşənə yaxın ocaqdan götürün. Daha sonra qarışdıra – qarışdıra soyudun.
Masanın, yaxud çörək taxtasının üzərinə qalan unu səpib kütləni üstünə əlavə edin. Xəmir yoğurun və onu 6 bərabər hissəyə bölün.
Xama ilə şəkər tozunu çalın. Korjların arasına və üstünə çəkin. Tortun üzərini biskvit qırıntıları ilə bəzəyin. Bir neçə saat özünü tutması üçün saxlayın.
NUŞ OLSUN!